Sənə 2021-də Arazın hər iki sahilindəki topraqları Azərbaycan adı altında birləşdirmiş müstəqil türk-müsəlman dövlətinin 885-ci yılı tamam olur. Böyük Atabəylər dövründən başlayaraq, türk mənşəli və islam mədəniyyətinə aid müasir Azərbaycan dövlətçiliyi artıq doqquz əsrdir ki, mövcudluğunu qorumaqdadır. Səhifəmizdə siz maraqlı tarixi faktlar, xəritələr, qrafika, kitablar və mövzuya aid digər materiallarla tanış ola bilərsiniz.
müstəqiltürkmüsəlmanArazın hər iki sahilini əhatə etmişAzərbaycan adlı dövlətAzərbaycan ərazisi (Xəzər dənizinin cənub-qərb sahili, Araz, Kür və Qızıl Özen çaylarının hövzələri, Urmu və Gökçə göllərinin sahilləri) ən azı üç min yıllıq dövlətçilik tarixinə malikdir.
Qədim dövrlərdən bəri burada müstəqil, yarımmüstəqil və ya böyük qonşu imperiyalardan asılı dövlətlər yaranmış, inkişaf etmiş, süquta uğramışlar. Öylələri də var idi ki, hələ bizim eradan əvvəl Azərbaycan (və ya qədim yunanca - Atropatena) adlanırdı. Fəqət, Azərbaycan türk millətinin formalaşması üçün mühüm keyfiyyətləri (müstəqilliyi, türklüyü, islamı və Azərbaycanın tam coğrafi əhatəsini) 900 yıl bundan əvvəl ilk dəfə özündə cəmləşdirə bilmiş məhz Azərbaycan Atabəyləri dövləti olmuşdur. Azərbaycan atabəyləri öz dövrünün qüdrətli hökmdarları idilər. Təkcə öz vassalları deyil, Səlcuqlu sultanları və hətta Bağdad xəlifələri belə atabəylərin iradəsinə tabe idilər.Azərbaycan Atabəyləri bir-biri ilə qohum olmuş Qıpçaq(Dəşt-i Qıpçaq) və Oğuz(Böyük Səlcuqlu) türkləridir. Bu qədim qohumluq bağı Azərbaycanda müasir türk-müsəlman dövlətçiliyi ənənəsi ilə bərabər, həm də çox sonralar Azərbaycan, Anadolu, Türkistan, İdil-Ural, Qırım, Sibir topraqlarının yetişdirdiyi dahilərin irəli sürdükləri Türk birliyi məfkurəsinin da əsasını qoymuşdur.İslam Azərbaycan Atabəyləri dövlətinin rəsmi dini idi. Azərbaycan Atabəyləri təkcə hərb ilə deyil, həm də Həmədandan Dərbəndəcən Azərbaycanın hər güşəsində böyük məscidlər, çoxlu məktəb-mədrəsələr, əzəmətli məqbərələr tiktirməklə öz adlarını tarixə yazdırmışlar.Azərbaycan Atabəyləri dövləti öz hakimiyyətini Araz çayının hər iki sahilinə, yəni Azərbaycan türklərinin bir millət kimi formalaşdığı bütün ərazilərə yaymış ilk Azərbaycan adlı türk-müsəlman dövləti hesab edilir. 900 yıl əvvəl Azərbaycanın bütün tarixi topraqlarını əhatə etmiş Azərbaycan Atabəyləri Dövləti [şimal və cənuba] bölünmüş Vətəninin birləşməsini istəyən xalqın yolgöstərən ulduzuna, idealına çevrilməlidir.?Yıl 1122, mayısYıl 1135Yıl 1135Yıl 1136Yıl 1160, noyabrYıl 1162Yıl 1163, yanvarYıl 1163, iyulYıl 1166Yıl 1167Yıl 1168, oktyabrYıl 1168, qışYıl 1169, noyabrYıl 1174, yanvarYıl 1175, avqustYıl 1175, sentyabrYıl 1175, oktyabrYıl 1177, iyulYıl 1181, oktyabrYıl 1182, noyabrYıl 1185, iyulYıl 1186, martYıl 1187, yazYıl 1188, martYıl 1188, dekabrYıl 1189Yıl 1190Yıl 1190Yıl 1190Yıl 1191Yıl 1191Yıl 1191Yıl 1191, sentyabrYıl 1191, payız-qışYıl 1192, yazYıl 1192, yayYıl 1193, yanvarYıl 1193, nisanYıl 1193Yıl 1193Yıl 1194, martYıl 1194, iyunYıl 1194, iyulYıl 1194, payızYıl 1194, payız-qışYıl 1195, qış-yayYıl 1196, qış-yazYıl 1202, sentyabrYıl 1204Yıl 1204, avqustYıl 1208, iyulYıl 1210, iyunYıl 1210, yayYıl 1212, yayYıl 1215, mayısYıl 1215, sentyabrYıl 1216Yıl 1221, yanvarYıl 1221Yıl 1221Yıl 1221, martYıl 1221Yıl 1221, noyabrYıl 1222Yıl 1222, yazYıl 1222, noyabrYıl 1225Yıl 1225, iyunYıl 1225, iyulYıl 1225, sentyabrYıl 1225Yıl 1225Tarixlər cədvəli üzrə hərəkət üçün klaviaturadakı sağa/sola düymələrindən istifadə edin.Dəşt-i Qıpçaqdan olan, uşaq ikən əsarətə düşərək İraqa gətirilən türk Eldəniz(İldäŋiz) Səlcuqlu sultanı Mahmud bəy ibn Məhəmmədin sarayında xidmətə başlayır. Eldənizin sultan sarayında uğurlu hərbi və siyasi fəaliyyətinin başlanğıcı.Səlcuqlu sultanı Rüknəddin Toğrul bəy Eldənizi əmir (ordu komandanı), həmçinin vəliəhd Arslanşahın atabəyi vəzifəsinə təyin edir. Orta əsr türk dövlətlərində şahzadələrin tərbiyəçiləri və qəyyumları "atabəy" adlandırılırdı.Səlcuqlu sultanı Qiyasəddin Məsud bəy əmir Eldənizi mərhum sultan Toğrul bəyin dul xanımı - Möminə xatunla evləndirir. Bu xatun ömrünün sonuna qədər atabəyin sadiq yoldaşı və məsləhətçisi olur. Gələcəkdə Azərbaycanın hökmdarları olacaq Cahan Pəhləvan və Qızıl Arslan adında iki oğul dünyaya gətirir.Səlcuqlu sultanı Qiyasəddin Məsud bəy mərkəzi Qarabağın Bərdə şəhəri olan Azərbaycan vilayətini atabəy Eldənizin idarəsinə verir. Bu tarix Azərbaycan atabəylərinin yüksəlişinin başlanğıcı hesab olunur. Azərbaycan əhalisinin rəğbətini qazanan Eldəniz bölgənin müstəqil hökmdarına çevrilir, iqamətgahını Naxçıvan şəhərinə köçürür.Atabəy Eldəniz oğulluğu olan Arslanşahı Səlcuqlu dövlətinin taxtına oturdur, özü isə böyük atabəy("atabeg al-azam") titulunu və Şəmsəddin(yəni, "dinin günəşi") fəxri ləqəbini alır. Artıq Səlcuqlu dövlətinin zərb etdiyi sikkələrdə sultanın adı ilə yanaşı böyük atabəyin də adı qeyd edilməyə başlayır. Eldənizin öz oğulları və digər qohumları yüksək dövlət vəzifələrinə gətirilirlər. Məsələn, Qızıl Arslan Osman ibn Eldəniz ordunun baş əmiri (amir al-kabir; baş komandanı) təyin edilir.Fars hökmdarı Zəngi ibn Məudud Azərbaycanın böyük atabəyi Eldənizin vassalı olur.Azərbaycanın böyük atabəyi Eldəniz iki yıl əvvəl Azərbaycana hücum etmiş, Ani və Gəncə şəhərlərini qarət etmiş, Dəbil (Dvin) şəhərini ələ keçirmiş və ölkə əhalisinin böyük bir qismini əsir almış Gürcü çarına qarşı yürüş edir.Azərbaycanın böyük atabəyi Eldəniz gürcü kralı Yorginin ordusunu darmadağın edərək Dəbil şəhərini Azərbaycanın tərkibinə qaytarır.Gürcülər yenidən Azərbaycan atabəylərinin topraqlarına soxulur və Gəncə ətraflarını talan edirlər.Mövsil (Mosul) hökmdarı Qütbəddin Məudud ibn Zəngi Azərbaycanın böyük atabəyi Eldənizin vassalı olur.Atabəylərin vassalı olan Marağa hökmdarı Arslan-Aba əl-Əhmədilinin üsyanını basdırmaq üçün böyük atabəy Eldəniz ordu yığır. Ordunun başına öz oğlu Məhəmmədi(gələcəyin böyük atabəyi Cahan Pəhləvanı) təyin edir. Marağalı Arslan-Aba məğlub olur və atabəy Eldənizin tələblərini qəbul edir.Kirman hökmdarı Arslanşah Azərbaycanın böyük atabəyi Eldənizin vassalı olur.Atabəy Eldəniz Rey şəhərini mühasirəyə alaraq ələ keçirir. Xarəzmlilərin tərəfini tutan Rey hökmdarı əmir İnanc öz qulluqçuları tərəfindən öldürülür.Gürcü çarının ordusu [tarixçi ibn əl-Əsirə görə, "Ərranda yerləşən"] Ani şəhərini mühasirəyə alır və işğal edir.Gürcülərin Ani şəhərini ələ keçirməsinə cavab olaraq böyük atabəy Eldəniz, onun oğulluğu sultan Arslanşah, Eldənizin vassalı Əxlatşah və Diyarbəkir hökmdarının qoşunları Eldənizin oğlu Cahan Pəhləvanın başçılığı ilə gürcülərə qarşı yürüş edir, düşmən qoşunlarını darmadağın edib, bir sıra yaşayış məntəqələrini talan edirlər.Azərbaycan Atabəylərinin paytaxtı Naxçıvanda müdrik və nüfuzlu qadın, böyük atabəy Eldənizin həyat yoldaşı Möminə xatun vəfat edir. Atabəy Eldəniz mərhum həyat yoldaşının xatirəsinə türbə tiktirməyi əmr edir. Türbənin tikintisi Atabəy Eldənizin və Möminə xatunun oğlu atabəy Məhəmməd Cahan Pəhləvanın dövründə yekunlaşır. Orta əsr türk Azərbaycan memarlığının incisi olan məqbərə bugün də Naxçıvanın bəzəyidir və şəhərin əsas görməli yerlərindən hesab olunur.Həyat yoldaşının ölümündən bir ay sonra Azərbaycanın böyük atabəyi Şəmsəddin Eldəniz də vəfat edir. Eldəniz Qafqazdan Fars körfəzinə qədər olan geniş ərazilərin mübahisəsiz hökmdarına çevrilmişdi. Azərbaycan Atabəylərinin taxtı Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvana qalır.Atabəy Məhəmməd Cahan Pəhləvan himayəsində olan azyaşlı Toğrul bəyi Səlcuqlu dövlətinin taxtına oturdur.Xarəzmşahlar dövlətinin hökmdarı Əlaəddin Əbulmüzəffər Təkiş Azərbaycanın böyük atabəyi Məhəmməd Cahan Pəhləvana növbəti məktub yazır. Xarəzmşah məktubunda iki dövlət arasında səfirliklərin azlığından şikayətlənir, iki dövlət arasındakı sərhədlərdə sakitliyin hökm sürdüyünü qeyd edir və atabəy Məhəmmədi "əsl dost" adlandırır. Həqiqətən də, Cahan Pəhləvanın dövründə bu iki türk dövləti arasında dostluq və müttəfiqlik münasibətləri qurulmuşdur.Misir və Şam hökmdarı Səlahəddin Əyyubi Azərbaycanın böyük atabəyi Məhəmməd Cahan Pəhləvanın vassallarının hakimiyyəti altında olan Mövsilə (Mosula) yürüş edir. Atabəy Məhəmməd öz vassalını dəstəkləyərək Səlahəddinlə münasibətləri korlayır.Misir və Şam hökmdarı Səlahəddin Əyyubi Azərbaycan atabəylərinin vassalı olan Əxlatşah Nasirəddin Məhəmməd Sukmanın ölümündən xəbər tutaraq, Əxlatı ilhaq etmək üçün oraya yürüş edir. Azərbaycanın böyük atabəyi Məhəmməd Cahan Pəhləvanın qızı, mərhum Əxlatşahın xatunu Əxlat qalasında idi. Onun köməyinə tələsən atabəy Məhəmməd Azərbaycanda ordu toplayır və Əxlat şəhərinə yol alır. Səlahəddinin ordusu ilə üzbəüz düşərgə quran atabəy Məhəmməd rəqibinə elçi göndərir. Elçi Əxlat şəhərinin atabəyin qızına məxsus olduğu və iki hökmdar arasında ixtilafa gərək olmadığı barədə atabəyin sözlərini Səlahəddinə çatdırır. Atabəy Məhəmməd Səlahəddini Əxlatdan geri çəkilməyə razı salır, şəhərin yeni hökmdarı Seyfəddin Beydəmir isə atabəy Məhəmmədə zəngin hədiyyələr göndərir və [əxlatşahlar kimi] atabəylərin vassalı olmağa razılaşır.Azərbaycanın böyük atabəyi, Əcəm xaqanı Məhəmməd Cahan Pəhləvan "qarın sancısı" (çox güman ki, zəhərlənmə) ilə başlayan və bir neçə ay davam edən qəribə xəstəlik üzündən dünyasını dəyişdi. Əmirlərin əksəriyyəti Cahan Pəhləvanın qardaşı Müzəffərəddin Osman Qızıl Arslana beyət etdi. Qızıl Arslan Azərbaycanın böyük atabəyi olur.Atabəylərin himayəsi altında Səlcuqlu taxtında oturan sultan Toğrul bəy atabəy Qızıl Arslanın təsirindən qurtulmaq ümidi ilə ordu toplayıb atabəylərin paytaxtı Həmədan şəhərinə yürüşə çıxır. Atabəy Qızıl Arslanın qoşunu bir neçə gün davam edən döyüşdən sonra geri çəkilməyə məcbur qalır.Atabəy Qızıl Arslanın xahişi ilə Bağdad xəlifəsi ən-Nasir sultan Toğrul bəyə qarşı böyük bir ordu təchiz etdi, lakin gecikmələr üzündən atabəyin qoşunları ilə birləşə bilməyən xəlifə ordusu Səlcuqlu sultanı tərəfindən məğlub edildi.Bağdad xəlifəsi ən-Nasir böyük atabəy Qızıl Arslana kömək etmək üçün ikinci böyük ordunu təchiz edir. Sultan Toğrul bəy Azərbaycandan geri çəkilir, xəlifənin ordusu Həmədan üzərində nəzarəti təmin edir, Qızıl Arslanın özü də oraya gəlir. Xəlifə fəxri fərmanla Azərbaycanın böyük atabəyini müstəqil hökmdar kimi tanıyır.Səlcuqlu sultanı Toğrul bəy Misir və Şam hökmdarı Səlahəddinə məktub yazır, özünə məxsus topraqların əmisi Qızıl Arslan tərəfindən zəbt edilməsindən şikayətlənir və Səlahəddindən himayə və sığınacaq istəyir. Səlahəddin Əyyubi "hərbi işlərlə" məşğul olduğunu söyləyərək, sultan Toğrul bəyə kömək etməkdən imtina etdi, lakin Azərbaycanın böyük atabəyini Toğrul bəylə barışdırmaq üçün Qızıl Arslanın yanına elçilər göndərdi. Bir müddət sonra Toğrul bəy Səlahəddinin vasitəçiliyi ilə Qızıl Arslanla apardığı barış danışıqlarını dayandırır.Səlcuqlu sultanı Toğrul bəy xeyli qüvvə toplayıb Azərbaycanın böyük atabəyi Qızıl Arslana qarşı hücuma keçir.Azərbaycanın böyük atabəyi Qızıl Arslan Azərbaycan taxtına iddialı olan qardaşı oğulları Mahmud Qutluq İnanc və Əmir Əmiran Ömərlə barışıq əldə etdilər. Qardaşların ikisi də paytaxt Həmədana gəlir, Qızıl Arslan isə onların anası, mərhum atabəy Məhəmməd Cahan Pəhləvanın dul xanımı İnanc xatun ilə evlənir.Səlcuqlu sultanı Toğrul bəy Bağdad xəlifəsi ən-Nasirdən əfv diləyir, Bağdada gəlir və burada öz taleyi ilə bağlı xəlifənin qərarını gözləmək üçün əmr alır. Fəqət, Toğrul bəy müsəlmanların ali başçısının hökmünü gözləmədən Bağdadı tərk edir və Azərbaycan atabəylərinin paytaxtı Həmədana hücum edir. Atabəy Qızıl Arslanın qoşunları Toğrul bəyin ordusunu məğlub edir, sultan əsir düşür və atabəy tərəfindən Naxçıvan yaxınlığındakı qalalardan birinə həbs edilir.Azərbaycanın böyük atabəyi Müzəffərəddin Qızıl Arslan Osman ibn Eldəniz üsyankar vassal şirvanşah Cəlaləddövlə Axsitan ibn Mənuçöhrü tabe etmək üçün Şirvana səfər edir. Qızıl Arslan Şirvandakı bir çox əraziləri öz dövlətinə birləşdirir, Dərbəndi fəth edir. Şirvanşah Axsitan yeni paytaxtı - Bakuda Azərbaycan atabəylərinin ali hakimiyyətini tanımağa məcbur olur.Atabəy Qızıl Arslan Gürcistana yürüş edir, düşmənin qoşunlarını darmadağın edir və zəngin hərbi qənimətlə Azərbaycana qayıdır.Azərbaycanın böyük atabəyi Qızıl Arslanın Şirvana və Gürcistana uğurlu yürüşlərindən sonra Bağdad xəlifəsi onu sultan elan edir. Böyləliklə, Azərbaycanın müstəqil hökmdarlarına məxsus "böyük atabəy" (atabeg al-azam) tituluna müsəlmanların ali dünyəvi lider titulu da əlavə edilir.Azərbaycanın böyük atabəyi, sultan Müzəffərəddin Qızıl Arslan Osman ibn Eldəniz öz yataq otağında öldürülür. Mənbələrin əksəriyyəti sui-qəsdi tərtib edənlər arasında atabəy xatununun və xatunun əvvəlki nikahdan olan oğullarının olduğunu göstərir. Bununla bərabər, atabəy Qızıl Arslanın ismaili məzhəbindən olan xaşxaşilər (assassins) tərəfindən öldürüldüyünə dair qeydlər də var. Öylə ki, bəzi mənbələr atabəyin ismaililərlə mübarizə etdiyini göstərir. Qızıl Arslanın qətlindən sonra sultan taxtına onun qardaşı oğlu Nüsrətəddin Əbu Bəkr ibn Məhəmməd çıxır.Azərbaycanın böyük atabəyi Nüsrətəddin Əbu BəkrQızıl Arslanın qətlini dövlətin zəifləməsi kimi görən bəzi vassalların Azərbaycanın şimalında qaldırdıqları üsyanları basdırmaqla məşğuldur.Səlcuqlu sultanı Toğrul bəy zindandan qurtularaq taxt iddiaçılarından olan Mahmud Qutluq İnancın qoşunlarını məğlub edir.Səlcuqlu sultanı Toğrul bəy təntənəli şəkildə Həmədana daxil olur və sultan taxtına oturur.Xarəzmşah Əlaəddin Əbülmüzəffər Təkiş İraq-i Əcəmə yürüş edir və vaxtilə Böyük Səlcuqluların paytaxtı olan Rey şəhərini ələ keçirir. Sultan Toğrul bəy xarəzmşahın himayəsi altına girmək ümidi ilə ona zəngin hədiyyələr göndərir və hətta özünü Xarəzmşahın vassalı kimi tanımağa söz verir. Fəqət xarəzmşah Təkiş qardaşının başlatdığı üsyanı yatırmaq üçün öz ölkəsinə qayıdır.Sultan Toğrul bəy Xarəzmşah Təkişin tələsik getməsindən istifadə edir, xarəzmlilərin qarnizonlarını darmadağın edir və Rey şəhərini ələ keçirir.Azərbaycan taxtına iddialı olan Mahmud Qutluq İnanc və Əmir Əmiran Ömər qardaşları böyük atabəy Əbu Bəkrə qarşı yürüş hazırlayırlar, lakin o, Naxçıvandan çıxaraq qardaşların ordularını məğlub edir. Qutluq İnanc və Əmir Əmiran qaçmağı bacarırlar.Bağdad xəlifəsi ən-Nasir xarəzmşah Əlaəddin TəkişəToğrul bəyə qarşı ittifaq təklifi göndərir. Xəlifə Səlcuqlu sultanına məxsus bütün topraqları xarəzmşaha vəd edir. Xəlifənin məktubunu alan xarəzmşah Təkiş Rey şəhərinə yürüşə çıxır.Son Səlcuqlu sultanı, İraq hökmdarı Toğrul bəy xarəzmşah Əlaəddin Təkişin qoşunları ilə döyüşdə həlak olur. Xarəzmşahın hərbi müttəfiqi, böyük atabəy tituluna iddiaçı Mahmud Qutluq İnanc döyüş meydanında yaralanmış Toğrul bəyin boynunu vurur.Gürcü çariçası Tamar və şirvanşah Cəlaləddövlə Axsitanın birləşmiş qoşunları Azərbaycanın böyük atabəyi Əbu Bəkrin topraqlarına soxularaq Şəmkirə qədər gəlib çatırlar. Əbu Bəkrin qoşunları məğlub olub Beyləqana çəkilir, burada şirvanşahın müttəfiqi, atabəy taxtına iddiaçı Əmir Əmiran Ömər də onları məğlub edir. Atabəy Əbu Bəkr Naxçıvana çəkilməli olur.Xarəzmşah Əlaəddin Təkiş Azərbaycan atabəylərinin keçmiş paytaxtı Həmədana daxil olur. O, paytaxtı İsfahan olan İraq-i Əcəmi mərhum atabəy Məhəmməd Cahan Pəhləvanın oğullarından Mahmud Qutluq İnanca verir. Xarəzmşaha kömək üçün qoşun göndərən, fəqət İraqda heç bir mülk almayan Bağdad xəlifəsinin xarəzmşahla münasibətləri korlanır.Gürcü çariçası Tamar, şirvanşah Cəlaləddövlə Axsitanın və Əmir Əmiran Ömərin birləşmiş qoşunları Azərbaycan Atabəyləri dövlətinin əsas şəhərlərindən biri olan Gəncəni mühasirəyə alırlar. Hiylə ilə şəhəri ələ keçirən Əmir Əmiran Ömər Gürcistan və Şirvanın zadəganları hüzurunda atabəyin taxtına oturur.Gürcülər Gəncədən gedincə Əmir Əmiran Ömər "müsəlmanlara qarşı törətdiyi zorakılıqlara görə" yerli aristokratiya tərəfindən öldürülür. Şəhərin möhtərəm adamları Əbu Bəkri dəvət edir və ona sadiq olduqlarını söyləyirlər. Azərbaycanın böyük atabəyi Nüsrətəddin Əbu Bəkr Əmir Əmiran Ömərin başsız qalan qoşunlarını məğlub edərək "allahsızlardan" xilas edilən Gəncəyə təntənəli şəkildə daxil olur.İraq-i Əcəm hökmdarı Mahmud Qutluq İnanc xarəzmşahla olan ittifaqı pozur və Bağdad xəlifəsinin qoşunları ilə birlikdə Həmədan və Rəy şəhərlərini xarəzmlilərin əlindən alır.Xarəzmşah Əlaəddin Təkiş yenidən Həmədanı fəth edir. Xarəzmşahın oğlu Yunis xan və onun xatunu, mərhum Səlcuqlu sultanı Toğrul bəyin qızı, Toğrul bəyin qatili olan Mahmud Qutluq İnancı tələyə salıb öldürürlər. Qutluq İnancın nəşi Həmədan şəhərinin başçısı tərəfindən satın alınaraq atası Azərbaycanın böyük atabəyi Məhəmməd Cahan Pəhləvanın məqbərəsində dəfn edilir.Gürcülər [ibn əl-Əsirin sözlərinə görə, "Azərbaycan vilayətlərindən olan"] Dəbil şəhərini mühasirəyə alırlar. Şəhərin əyanları atabəy Əbu Bəkrdən yardım istəyir, lakin o, köməyə gəlmir. Dəbil sakinləri böyük atabəydən ümidlərini kəsir və şəhəri gürcü qoşunlarına təslim edirlər, şəhər gürcülər tərəfindən qarət edilir.Mərhum atabəy Cahan Pəhləvanın məmlüklərindən biri - atabəy Əbu Bəkrin hakimiyyətini tanımaqdan açıq-açığına imtina edəcək qədər güclənmiş əmir İzzəddin Gökçə ət-Türkinin nəzarətində olan Rey və Həmədan şəhərləri yenidən Azərbaycan atabəylərinə tabe olurlar. Şəmsəddin Aydoğmuş(Cahan Pəhləvanın digər məmlükü) və Müzəffərəddin Özbəgin(atabəy Əbu Bəkrin qardaşı) birləşmiş qoşunları ilə döyüşdə əmir İzzəddin Gökçə həlak olur.Gürcü qoşunları Azərbaycan atabəylərinin topraqlarına soxulur, Əxlata yürüş edir. Buranın əmirləri gürcü qoşunlarını məğlub edirlər, döyüşdə gürcü komandanı əs-Sağır(Zakare) həlak olur.Azərbaycanın böyük atabəyi Nüsrətəddin Əbu Bəkr Marağa mülkünü (oranın hökmdarı zadəgan türk Ağsunqur soyundan olan Əlaəddin Körpə Arslan əl-Əhmədili vəfat edincə) ələ keçirir.Gürcülər Azərbaycanın böyük atabəyi Əbu Bəkrin topraqlarına böyük səfər edirlər. Bir çox yerləri viran qoyaraq, müqavimət görmədən, Gürcistan sərhədlərindən o qədər uzaqda yerləşən şəhərlərə (Ərdəbil və Zəncan kimi) gəlib çatdılar ki, o yılların gürcü tarixçiləri təəccüblənərək qeyd edirdilər ki, "indiyə qədər bir nəfər belə gürcü bu yerlərə gəlib çıxmamışdı". Hərb və dövlət işlərindən soyumuş atabey Əbu Bəkr ölkə əhalisini düşmənlə üz-üzə qoyaraq, uzaq qalalarda oturub başını əyləncələrlə qatırdı. Gürcülər Azərbaycanın bir çox sakinini əsir alır və səfərdən öylə zəngin qənimətlərlə qayıdırlar ki, “kiçiyindən qocasına qədər hamısı zəngin olur” (əl-Hüseyni).Böyük atabəy Nüsrətəddin Əbu Bəkr ibn Məhəmməd vəfat edir. Onun taxtına qardaşı - Müzəffərəddin Özbəg ibn Məhəmməd - Azərbaycanın beşinci və sonuncu böyük atabəyi oturur.Atabəy Əbu Bəkrin dövründə faktiki hakimiyyəti öz əlində cəmləyən əmir Şəmsəddin Aydoğmuş atabəylərin digər güclənən əmiri - Nəsirəddin Məngli tərəfindən məğlub edilir. Məngli Həmədanı, İsfahanı və Reyi ələ keçirir, özünü müstəqil hökmdar kimi aparır, Azərbaycanın böyük atabəyi Özbəgə yalnız formal olaraq itaət edirdi.Azərbaycanın böyük atabəyi Müzəffərəddin Özbəg Azərbaycan xəzinəsinə xərac verməkdən yayınan, Qarabağ dağlarında gizlənən vassalarına qarşı uğurlu yürüş edir.Bağdad xəlifəsinin, Azərbaycan atabəyinin və atabəy vassallarının birləşmiş qoşunları əmir Nəsirəddin Mənglinin ordusunu darmadağın edirlər. Bir vaxtlar əmir Məngli tərəfindən zəbt edilən topraqları imdi xəlifə, atabəy və atabəyin yeni müttəfiqləri - ismaililər öz aralarında bölüşdürdülər. Atabəy Özbəg vaxtilə Səlcuqluların paytaxtı olmuş, İraq-i Əcəmin mərkəzi şəhərini - İsfahanı fəth edir.Xarəzmşah Əlaəddin Əbülfəth Məhəmməd ibn Təkiş İraqa səfər edir, İsfahanı fəth edir və oradan qaçan böyük atabəy Özbəgin vəzirini Azərbaycan dağlarında əsir götürür. Xarəzmşah Özbəgə vassallığı qəbul etdirir. Bundan sonra böyük atabəyin topraqlarında Xarəzmşahın şərəfinə xütbələr oxunur, xarəzmşahın adına pul kəsilir.Xarəzmşahlar dövlətini məğlub edən tatar xaqanı Çingiz xanın sərkərdələri Cəbə-noyon və Sabutay-bahadır Azərbaycanın tarixi, iqtisadi və mədəni mərkəzi, Atabəylər dövlətinin paytaxtı olan Təbrizin qala divarları önündə görsənirlər. Şəhərdə olan atabəy Özbəg tatar sərkərdələri ilə sülh barədə razılaşır, onlara zəngin hədiyyələr göndərir və Çingiz xanın düşməni xarəzmşah Əlaəddinin şəhərdəki əsgərlərini tatarlara təslim edir.Azərbaycanın böyük atabəyi Müzəffərəddin ÖzbəgÇingiz xana qarşı birgə hərəkət etmək təklifi ilə gürcü çarına səfir göndərir. Bu təklifə əhəmiyyət verməyən gürcü çarı Yorgi Laşanın 10 minlik ordusu tatarlar tərəfindən darmadağın edildikdən sonra çar özü atabəy Özbəgə və Əxlat hökmdarına ittifaq təklif edir. Lakin tatarlar koalisiyanın qurulmasından xəbər tutaraq atlarını Gürcistana çevirir, burada daha bir çoxminlik gürcü ordusunu məğlub edirlər və yenidən Azərbaycan sərhədlərinə doğru hərəkətə keçirlər.Böyük atabək Özbəgin Azərbaycanın paytaxtı Təbrizdəki valisi Şəmsəddin ət-Tuğrai tatarlara zəngin hədiyyələr göndərərək şəhəri möhtəməl qarətdən xilas edir.Tatar xaqanı Çingiz xanın sərkərdələri Azərbaycanın böyük atabəyi Özbəgin mülkü olan Marağa şəhərini ələ keçirirlər.Şam səfərindən sonra tatar xaqanı Çingiz xanın qoşunları Azərbaycana qayıdır, Həmədan və Ərdəbili ələ keçirir, Azərbaycanın böyük atabəyi Özbəgin qaldığı Təbriz şəhərini yenidən mühasirəyə alırlar. Atabəy şəhərdən qaçmağı bacarır, yerli zadəganlar isə üçüncü dəfə zəngin hədiyyələrlə tatarları Təbrizə hücum etmək fikrindən vaz keçirirlər. Özbəgi təqib edən tatarlar Naxçıvana çatır, şəhəri ələ keçirir və şəhərin hakimi ulu xaqanın ali hakimiyyətini rəsmən tanıyana qədər Naxçıvanın ətrafını qarət edirlər.Tatar qoşunları Beyləqanı ələ keçirirlər. Buranın sakinləri sülh danışıqları üçün tatarlardan səfir göndərmələrini istəyir, lakin göndərilən səfiri öldürürlər. Bunu görən tatarlar şəhəri ələ keçirib qarət edirlər. Beyləqandan sonra tatar xaqanının qoşunları Azərbaycan Atabəyləri dövlətinin şimal paytaxtı olan Gəncəni mühasirəyə alır, fəqət şəhərdə güclü qarnizonun olduğunu öyrənərək fidyə ilə kifayətlənirlər.Tatar xaqanı Çingiz xanın sərkərdələri Cəbə-noyon və Sabutay-bahadır Demir Qapı - Dərbənddən keçərək Azərbaycanı tərk edir, şimal topraqlara üz tuturlar.On minlərlə qıpçaq türkü Dərbəndi keçərək şimaldan Azərbaycan topraqlarına köçür. Atabəylərinin paytaxtı Gəncəyə çatan qıpçaqların başçıları atabəyə sadiq olacaqlarına dair söz verirlər. Azərbaycanın böyük atabəyi Müzəffərəddin Özbəg qıpçaqların başçılarına fəxri libaslar göndərir və onların öz topraqlarında məskunlaşmasına icazə verir. Bir müddət sonra atabəyin Gəncədəki valisi əmir Qaşqara qıpçaqların törətdikləri nizamsızlıqları bəhanə edərək onları atabəyin mülklərindən qovur.Şirvanlılarla ittifaqda Azərbaycan atabəyinin topraqlarından çıxarılmış qıpçaqları məğlub edən gürcü qoşunları Azərbaycana soxulur, bir il əvvəl Çingiz xanın qoşunları tərəfindən talan edilmiş Beyləqanı xarabalığa çevirirlər. Azərbaycanın böyük atabəyi gürçülərin hücumundan xəbər tutsa da, beyləqanlıların köməyinə gəlmədi.Gürcülər yenidən Azərbaycana soxulur, lakin böyük atabəyin əmirlərinə məğlub olaraq geri çəkilirlər.Çingiz xana məğlub olmuş xarəzmşah Əlaəddin Məhəmmədin oğlu sultan Cəlaləddin Mənguberdi Bağdada uğurlu yürüşdən sonra Azərbaycan topraqlarına səfər edir və Marağa şəhərini ələ keçirir. Bundan əvvəl yerli sakinlər Cəlaləddinə məktublar göndərmiş, xarəzmşahdan "onları yerli zadəganların və atabəy Özbəgin zəifliyindən istifadə edən qadınların zülmündən xilas etməsini” xahiş edirdilər. Məktublardakı "qadınların zülmü" ifadəsi, çox güman ki, atabəy Özbəgin xatunu, son Səlcuqlu sultanı Toğrul bəyin qızı, faktiki hökmdara çevrilmiş Məlikə xatunla bağlıdır.Sultan Cəlaləddin Mənguberdi Azərbaycan atabəylərinin paytaxtı olan Təbrizi fəth edir. Atabəy Özbəg Azərbaycanın şimal paytaxtı - Gəncəyə qaçır, Təbrizdə qalan arvadı Məlikə xatun isə sultandan himayə, həm də şəxsi mülk kimi Xoy şəhərini istəyir. Xatunun istəyi yerinə yetirilir və tezliklə sultan Cəlaləddin Məlikə xatunun razılığı ilə onunla evlənir.Böyük atabəy Özbəgin zəifləməsindən istifadə edən gürcülər "təkcə bu ölkəni ələ keçirmək deyil, Bağdada qədər gəlib çatmaq, xəlifəni qovmaq və bütün məscidləri kilsələrə çevirmək” istəyi ilə nəhəng bir ordu yığıb Azərbaycana soxulurlar. Sultan Cəlaləddin Mənguberdi gürcülərin ordusunu Dəbil yaxınlığında qarşılayaraq darmadağın edir.Sultan Cəlaləddin Mənguberdi Azərbaycanın böyük atabəylərinə məxsus bütün əraziləri biri birinin ardınca özünə tabe edir. Atabəy Özbəg Cəlaləddinin ali hakimiyyətini tanımağa məcbur qalır, sultanın izniylə Gəncə əyalətinin hakimi olur.Azərbaycanın böyük atabəyi, Eldənizli xanədanından olan son hökmdar Müzəffərəddin Özbəg ibn Məhəmməd vəfat edir. Atabəy Özbəgin ölümü ilə Azərbaycan adlı ilk müstəqil türk-müsəlman dövləti süquta uğrayır.Başlanğıc
Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizdir (İldəŋizdir)
Eldəniz mənşəcə qıpçaq türküdür. Gənc ikən Səlcuqlu sultanının sarayında xidmətə başlayır və qüdrətli hökmdarın etibarını qazanır. 1136 yılında sultan Qiyasəddin Məsud Azərbaycan vilayətini atabəy Eldənizin idarəsinə verir. Atabəy vilayətin paytaxtı Bərdəyə yola düşür.
Bu tarix Azərbaycan atabəylərinin yüksəlişinin başlanğıcı hesab olunur. Azərbaycan əhalisinin rəğbətini qazanan Eldəniz bölgənin müstəqil hökmdarına çevrilir, iqamətgahını Naxçıvan şəhərinə köçürür, Azərbaycanda Səlcuqluların hakimiyyətini siyasi və iqtisadi baxımdan məhdudlaşdırır. Səlcuqlu vəliəhdinin atabəyi kimi Eldəniz sultan üzərində böyük təsirə malik idi. Bir az sonra oğulluğu Arslanşahı taxta çıxardan Eldəniz öz iradəsini artıq təkcə Azərbaycana deyil, bütün Səlcuqlu imperiyasına diktə etməyə başlayır. Atabəy Eldənizin qonşu ölkələrə uğurlu yürüşləri imdiki Gürcistanın cənubunu, Əxlat əmirliyini (Türkiyənin şərqi), Fars vilayətini və digər həmsərhəd əraziləri Azərbaycan atabəylərinə tabe etmişdi. Eldəniz Qafqazlardan Fars körfəzinə qədər uzanan geniş ərazinin mübahisəsiz hökmdarına çevrilmişdi.Qüdrət və rifah
Atabəylər dövrün güclü və ziyalı hökmdarları idilər
Şirvanın, Əxlatın, Mövsilin (Mosulun), Farsın, Gilanın, Təbəristanınfeodal hökmdarları özlərini Azərbaycanın böyük atabəyi Eldənizin vassalı hesab edirdilər. Eldənizin oğulları Cahan Pəhləvan və Qızıl Arslanın dövründə Azərbaycan Atabəyləri dövləti yüksəlişini yaşayırdı. Qızıl Arslanı sultan elan edən Bağdad xəlifəsi belə atabəylərin təsiri altında idi. Böyləliklə, Azərbaycan hökmdarlarının “atabeg al-azam” (böyük atabəy) tituluna “sultan” (yəni, müsəlman dünyasının ali dünyəvi lideri) titulu da əlavə edildi.
Sultan Qızıl Arslan sənətə, elmə himayədarlıq edirdi. O, dəfələrlə Şərqin görkəmli mütəfəkkiri, azərbaycanlı şair Əbu Məhəmməd İlyas Nizami ilə görüşüb. Şərq poeziyasının klassiki Nizami məşhur “Xosrov və Şirin” poemasını məhz Qızıl Arslana həsr etmişdir. Cahan Pəhləvanın adı isə orta əsr Azərbaycan memarlığının incisi - Cahan Pəhləvanın və Qızıl Arslanın anası, atabəy Eldənizin həyat yoldaşı Möminə xatunun xatirəsinə inşa edilmiş türbə ilə bağlıdır. Paytaxt Naxçıvandakı məqbərənin tikintisininə atabəy Eldənizin dövründə başlanıldı. Türbənin inşasını tamamlayan Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan oldu. Bu işdə atabəy Məhəmməd layihənin baş memarı, yerli mühəndis Əcəmi ibn Əbu Bəkr Naxçıvani (Memar Əcəmi) ilə sıx əməkdaşlıq edirdi.İrs
Azərbaycan atabəyləri Azərbaycan türklərinin çoxəsrlik dövlətçilik ənənələrinin baniləridir
Azərbaycan Atabəyləri dövləti bütün tarixi Azərbaycanı - Araz çayının hər iki sahilindəki topraqları əhatə etmiş Azərbaycan adlı ilk türk-müsəlman dövləti hesab olunur.
Sonralar Xarəzmşahların və Çingiz xanın ordularının bölgəni ələ keçirməsi nəticəsində Azərbaycan Atabəyləri dövləti süquta uğrayır. Buna baxmayaraq, Azərbaycanda türk-müsəlman dövlətçilik ənənələri davam edir və elə Çingizilərin dövründə özünü göstərir. Öylə ki, dünya İlxaniləri məhz “Təbrizin şahları” kimi tanıyırdı (bax: Katalan atlası), yəni, Azərbaycanın paytaxtı hətta böylə böyük bir imperiyanın da dövlətçilik mərkəzi sayılırdı. Bir qədər sonra, XVI əsrdə Qızılbaş dövlətinin banisi İsmayıl ibn Heydər Səfəvi Azərbaycanın şahı titulunu daşıyırdı. XVIII əsrdə Qızılbaş dövlətinin süqutu ilə Azərbaycan üzərində vahid hakimiyyət qurmağa çalışan ayrı-ayrı Azərbaycan xanlıqları yarandı. 1918 yılında Azərbaycanın şimal (Qafqaz) bölgəsində türk milli məfkurəsini, müsəlman adət-ənənələrini və dünyəviliyi özündə cəmləşdirən, bu gün də mövcud olan cümhuriyyət elan edildi. Azərbaycan Atabəylərinin şimal paytaxtları - Gəncə və Naxçıvan artıq azaddırlar, imdi növbə Atabəylərin cənub paytaxtları - Təbriz və Həmədandadır.AZƏRBAYCANIN BÖYÜK ATABƏYİ
Nüsrətəddin Əbu Bəkr ibn Məhəmməd
1191-1210
Ulu şahənşah
atabəy Əbu Bəkrin titullarından
Sultan Qızıl Arslanın qətlindən sonra Azərbaycan Atabəylərinin taxtına onun qardaşı oğlu, Cahan bahadırı, əl-məlik əl-müəzzəm, ulu şahənşah titullarını daşıyan dövlətin sayca dördüncü hökmdarı Nüsrətəddin Əbu Bəkr ibn Məhəmməd çıxır. Atabəy iqamətgahını Azərbaycanın cənub (Təbriz, Həmədan) bölgəsindən yenidən şimal (Naxçıvan, Gəncə) bölgəsinə köçürür.Əbu Bəkr üsyan edən vassallarını özünə tabe edir. O, taxt-taca iddialı qardaşları ilə mübarizə edir, onlar isə Gəncəni ələ keçirmək arzusunda olan gürcülərdən, öyləcə də şirvanlılardan yardım istəyirlər. Bir neçə uğursuzluqdan sonra, nəhayət, Əbu Bəkr qalib gələ bilir. Təəssüf ki, zaman keçdikcə Əbu Bəkr hərb və dövlət işlərindən soyuyur. Bütün işlərə onun vəzirləri baxırdı. Dövlətin tənəzzülü başlayır.Düz-əməlli müqavimət görməyən düşmənlər Atabəylərin sərhəd şəhərlərinə hücuma keçirlər. Atabəy isə uzaq qalalarda gizlənərək, vaxtını yalnız əyləncələrə sərf edirdi. Bütün bunlarla yanaşı, bir çox mənbələr Əbu Bəkri ziyalı hökmdar, elm adamlarının hamisi, çox sayda məktəb (mədrəsə) və məscidlər inşa edən xeyriyyəçi kimi səciyyələndirirlər. Azərbaycanın böyük atabəyi 1210 yılında vəfat etmişdir.
ƏVVƏLKİ
Sonrakı
AZƏRBAYCANIN BÖYÜK ATABƏYİ
Cahan Pəhləvan Əbu Cəfər Məhəmməd ibn Eldəniz
1175-1186
Cahan bahadırı
atabəy Məhəmmədin titullarından
Atabəy Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan Azərbaycan Atabəyləri dövlətinin sayca ikinci hökmdarıdır. O, 1175 yılında taxta çıxır. Onun hakimiyyəti altında dövlət çiçəklənmə dövrünü yaşayır - Cahan Pəhləvanın Azərbaycan taxtında olduğu 11 yıl ərzində heç bir düşmən ölkəyə soxula bilməmiş, kənd və şəhərlər talana məruz qalmamışdı. Cahan Pəhləvan dövlətin paytaxtını Naxçıvandan Həmədana köçürür.Atabəy Məhəmməd qonşu türk sülaləsi Xarəzmşahlarla dostluq əlaqələri qurur. Bəzi yaxınları Səlcuqlu sultanı Arslanşahı atabəy Cahan Pəhləvana qarşı təhrik etsələr də, sultan təxribatlara uymur, Səlcuqlu imperiyasının idarəsini tamamilə atabəyə tapşırır, özü isə dövlət işlərindən uzaqlaşır. Cahan Pəhləvan Səlcuqlu taxtına sultan Toğrul bəyi oturdur və onun adından bütün imperiyanı idarə edir. Cahan Pəhləvanın dövründə sərhədlərdəki sakitlik Azərbaycanda sənətkarlıq, mədəniyyət və elmin inkişafına müsbət təsir göstərir.Orta əsr Azərbaycan memarlığının incisi sayılan, Cahan Pəhləvanın və Qızıl Arslanın anası, atabəy Eldənizin həyat yoldaşı Möminə xatunun xatirəsinə tikilən türbənin inşası Cahan Pəhləvanın adı ilə bağlıdır. Bu işdə atabəy Məhəmməd layihənin baş memarı, yerli mühəndis Əcəmi ibn Əbu Bəkr Naxçıvani (Memar Əcəmi) ilə sıx əməkdaşlıq edirdi. Böyük atabəy Məhəmməd Cahan Pəhləvan 1186 yılında vəfat etmişdir.
ƏVVƏLKİ
Sonrakı
AZƏRBAYCANIN BÖYÜK ATABƏYİ
Şəmsəddin Eldəniz
1136-1175
İslam dininin Günəşi
atabəy Eldənizin titullarından
Şəmsəddin Eldəniz Azərbaycan Atabəyləri dövlətinin banisidir. Mənşəcə qıpçaq türküdür. Gənc ikən Səlcuqlu sultanının sarayında xidmətə başlayır və qüdrətli hökmdarın etibarını qazanır. 1136 yılında sultan Qiyasəddin Məsud Azərbaycan vilayətini atabəy Eldənizin idarəsinə verir. Atabəy vilayətin paytaxtı Bərdəyə yola düşür. Bu tarix Azərbaycan atabəylərinin yüksəlişinin başlanğıcı hesab olunur.Azərbaycan əhalisinin rəğbətini qazanan Eldəniz bölgənin müstəqil hökmdarına çevrilir, iqamətgahını Naxçıvan şəhərinə köçürür, Azərbaycanda Səlcuqluların hakimiyyətini siyasi və iqtisadi baxımdan məhdudlaşdırır. Səlcuqlu vəliəhdinin atabəyi kimi Eldəniz sultan üzərində böyük təsirə malik idi. Bir az sonra oğulluğu Arslanşahı taxta çıxardan Eldəniz öz iradəsini artıq təkcə Azərbaycana deyil, bütün Səlcuqlu imperiyasına diktə etməyə başlayır.Atabəy Eldənizin qonşu ölkələrə uğurlu yürüşləri imdiki Gürcistanın cənubunu, Əxlat əmirliyini (Türkiyənin şərqi), Fars vilayətini və digər həmsərhəd əraziləri Azərbaycan atabəylərinə tabe etmişdi.
1175 yılında vəfat etmiş Eldəniz Qafqazlardan Fars körfəzinə qədər uzanan geniş ərazinin mübahisəsiz hökmdarına çevrilmişdi.
ƏVVƏLKİ
Sonrakı
AZƏRBAYCANIN BÖYÜK ATABƏYİ, SULTAN
Müzəffərəddin Qızıl Arslan Osman ibn Eldəniz
1186-1191
Tacı aydan yüksək o Qızıl Arslan Qərbin pənahıdır, Şərqə hökmran.
Şeyx Nizami Gəncəvi
Azərbaycan Atabəyləri dövlətinin sayca üçüncü hökmdarı, atabəy Eldənizin oğlu Müzəffərəddin Qızıl Arslan Osman 1186 yılında taxta çıxana qədər qardaşı Cahan Pəhləvanın əmrində Təbriz və ətraf bölgələrin valisi idi. Cahan Pəhləvanın ölümündən sonra bəzi vassallar yeni atabəyin əvvəlkindən zəif olduğuna qərar verdilər və Azərbaycanın hakimiyyətindən çıxmağa çalışdılar. Azərbaycan atabəylərinin ailəsində də çəkişmələr başlamışdı: Cahan Pəhləvanın dul xatunu öz oğullarından birini taxta oturtmaq niyyətində idi. Səlcuqlu sultanı Toğrul bəy də, sanki Atabəylərin dəmir məngənəsindən xilas olmuşdu.Qızıl Arslan ilk növbədə üsyankar vassalları sakitləşdirir: qoşunla Dərbəndə qədər gələrək Azərbaycandan az qala qopacaq Şirvanı yenidən öz hakimiyyətinə tabe edir. Qızıl Arslan nəzarətdən çıxmış sultan Toğrulun hücumunu dəf edir, sultanı döyüş meydanında əsir götürür və Naxçıvan yaxınlığındakı qalalardan birinə həbs etdirir.
Bağdad xəlifəsi belə atabəylərin təsiri altında idi. O, Qızıl Arslanı sultan elan edir. Böyləliklə də, Azərbaycan hökmdarlarının “atabeg al-azam” (böyük atabəy) tituluna “sultan” (yəni, müsəlman dünyasının ali dünyəvi lideri) titulu da əlavə olundu. Dövlətdə sülh və əmin-amanlıq bərqərar oldu.Sultan Qızıl Arslan sənətə, elmə himayədarlıq edirdi. O, dəfələrlə Şərqin görkəmli mütəfəkkiri, azərbaycanlı şair Əbu Məhəmməd İlyas Nizami ilə görüşüb. Şərq poeziyasının klassiki Nizami məşhur “Xosrov və Şirin” poemasını məhz Qızıl Arslana həsr etmişdir. Culfada Gülüstan məqbərəsinin tikintisi də Qızıl Arslanın adı ilə bağlıdır. Təəssüf ki, ölkədəki çiçəklənmə dövrü uzun sürmədi: 1191 yılının payızında, taxta çıxdıqdan beş yıl sonra Azərbaycanın böyük atabəyi, sultan Qızıl Arslan öz yataq otağında sui-qəsdçilər tərəfindən öldürülür.
ƏVVƏLKİ
Sonrakı
AZƏRBAYCANIN BÖYÜK ATABƏYİ
Müzəffərəddin Pəhləvan Özbəg ibn Məhəmməd
1210-1225
Yenilməz bahadır
atabəy Özbəgin titullarından
Atabəy Əbu Bəkrin qardaşı Müzəffərəddin Özbəg (Özbəy) Pəhləvan ibn Məhəmməd Azərbaycanın sayca beşinci və sonuncu böyük atabəyidir. Onun hakimiyyəti yıllarında dövlətin tənəzzülü artıq dönməz xarakter alır. Müzəffərəddin Özbəg özünü Xarəzmin vassalı kimi tanımağa məcbur qalır və “Ərran, Şirvan və Azərbaycanda ta Dərbəndəcən hər yerdə məscidlərinin minbərlərindən” cümə xütbələri artıq böyük atabəyin deyil, xarəzmşahın adına oxunurdu.Şərqdə isə yeni imperiyanın günəşi doğur. Söhbət artıq Xarəzmi fəth etmiş Çingiz xanın dövlətindən gedir. Atabəy Özbəg tatar sərkərdələri ilə sülh barədə razılaşa bilir, ulu xaqana zəngin hədiyyələr göndərir və Çingiz xanın düşməni - xarəzmliləri tatarlara təslim edir. Lakin sonra atabəy tatarlara qarşı gürcülərlə birgə koalisiya yaratmaq niyyətinə düşür. Gürcüləri məğlub edən Çingiz xanın sərkərdələri Azərbaycana qayıdır, Özbəg isə Azərbaycanın şimal bölgəsinə, Azərbaycan atabəylərinin ilk paytaxtı Naxçıvan şəhərinə qaçmağa məcbur qalır.Tatar sərkərdələrindən sonra Azərbaycana son xarəzmşah Cəlaləddin Mənguberdi hücum edir. Atabəylərin hakimiyyəti başa çatır, bütün Azərbaycanı fəth edən sultan Cəlaləddin Gəncə əyalətini atabəy Özbəgin idarəsinə verir. Bir müddət sonra isə Özbəg vəfat edir. Böyük atabəy Özbəgin ölümü ilə Azərbaycan adlı ilk müstəqil türk-müsəlman dövləti süquta uğrayır.
ƏVVƏLKİ
Sonrakı
AZƏRBAYCAN ATABƏYLƏRİNİN BAYRAĞI
Azərbaycan Atabəylərinin Səlcuqlu türkləri ilə sıx bağlılıqlarını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, hər iki dövlətin rəmzləri bir-birindən çox da fərqlənmirdi. Hər iki türk-müsəlman dövlətinin ortaq rəmzləri sırasında Toğrul quşu, səkkizuclu yıldız, aypara və günəş yer alır.Azərbaycan Atabəyləri dövlətinin simvolikasını bərpa etməyə imkan verən çox mühüm bir artefakt günümüzə qədər gəlib çatmışdır. Söhbət Azərbaycan Atabəyləri dövrünə aid döyüş dəbilqəsindən gedir. Fikir verin: dəbilqənin üzərində qanadları ilə Günəşi qucaqlamış Toğrul quşu təsvir olunub. Bizcə, bu obrazı Azərbaycan Atabəyləri dövlətinin şərti rəmzi kimi qəbul etmək olar. Qeyd olunan orta əsr artefaktı əsasında bərpa etdiyimiz bayrağı aşağıda görə bilərsiniz.
Səkkiz əsr ərzində baş vermiş müharibələr, üsyanlar, zəlzələlər və digər təbii fəlakətlərdən salamat çıxan bu saray XX əsrdə demək olar ki, tamamilə dağıdılıb. Günümüzə qədər Dar-ül-Mülk saray kompleksi binalarından təkcə böyük atabəy Eldənizin həyat yoldaşı Möminə xatunun dəfn olunduğu türbə qalır.
XX əsrdə əcnəbi işğalçılar təkcə “feodal sarayını” və ya “dini mərkəzi” sökmək deyil, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixini Azərbaycan türklərinin yaddaşından silmək istəyirdilər. Nə yaxşı ki, Azərbaycanın cənub topraqları işğalçıların caynaqlarına düşmədi. Vaxtilə burada da yerli memarlar çoxlu saraylar, məscidlər, mədrəsələr, məqbərələr ucaltmışlar. Təbii ki, o vaxtlar vahid Azərbaycan vahid memarlıq məktəbinə də malik idi. Məsələn, elə həmin XII əsrdə Urmu (Urmiya) şəhərində Azərbaycan atabəylərinin memarları Naxçıvandakı Dar-ül-Mülk sarayının Cümə məscidinə formaca çox bənzəyən məscid və dini kompleks inşa etmişlər. Aşağıdakı fotoşəkillərdə atabəylər dövrünə aid Naxçıvan Cümə məscidinin urmulu “əkiz qardaşını” görə bilərsiniz.
Veb-saytımızla işləyərək siz müxtəlif analitik və reklam xidmətlərinə aid cookie’lərin istifadəsinə razılıq verirsiniz. Bu, saytımızın cihazlarınızda düzgün əks olunması, hədəflənmiş reklamların nümayişi, həm də veb-trafikimizin təhlili üçün lazımdır. Blogger texnolojisi.